Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 9%-ə yaxın artıb
Bu ilin birinci rübündə İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 125 milyon manat məbləğində kredit verilib.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8.7% çoxdur.
Hesabat dövründə fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 1.1% artaraq 71.4 milyon manata çatıb.
Ötən üç ayda İKZF istiqraz buraxmaqla 200 milyon manat vəsait cəlb edib ki, bu da bir il əvvələ nisbətən 42.9% çoxdur. İl ərzində fonda dövlət büdcəsindən ayrılan vəsaitin məbləği isə 94.5% artaraq 42.6 milyon manata çatıb.
"İpoteka və Kredit Zəmanət Fondu (İKZF)" teqi üzrə xəbərlər
- Bakıda ev almaq istəyənlərin NƏZƏRİNƏ
- Hansı xərclərin ödənilməsi yalnız nağdsız qaydada həyata keçiriləcək?
- Güzəştli ipotekadan ən çox yararlananlar - Siyahıda cəmi 5 jurnalist var
- Kirayə yolu ilə mənzil almaq, yoxsa ipoteka: Hansı daha sərfəlidir?
- İpoteka və Kredit Zəmanət Fonduna yeni təyinat olub
Ən çox oxunanlar