2023-cü ilin yanvar-may aylarında Azərbaycanda pərakəndə ticarət məntəqələrində əczaçılıq məhsulları və tibbi ləvazimatlara 512 milyon manat vəsait xərclənib.
APA xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 15% və ya 66,7 milyon manat azdır.
Qeyd edək ki, cari ilin may ayında pərakəndə ticarət məntəqələrində əczaçılıq məhsulları və tibbi ləvazimatlara xərclənən vəsaitin həcmi isə 112,5 milyon manata bərabər olub.
Xatırladaq ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədikləri ümumi vəsaitin 2,5%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub.