2014-cü ilin oktyabr ayında 92 min 149 avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olunub.
Oxu.Az xəbər verir ki, İcbari Sığorta Bürosundan verilən məlumata görə, bunların 19,8 minə qədərini xarici ölkədə qeydiyyata alınmış və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib.
“Göstərilən dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 7,4 milyon manatı ötüb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 26,14%, sığorta haqlarının məbləğində 27,2 % azalma müşahidə edilib.
Ümumilikdə cari ilin ilk 10 ayı ərzində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 780 mindən çox sığorta müqaviləsi bağlanılmış və müqavilələr üzrə toplanılan sığorta haqlarının məbləği 59,1 milyon manat təşkil edib. 2014-cü ilin ilk 10 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 0,72 %, sığorta haqlarının məbləğində isə 0,26 % artım müşahidə edilib”, - məlumatda deyilir.
Gülnarə Zeynalova
www.oxu.az