2014-cü il aprelin 1-i tarixinə olan statistikaya əsasən, cari ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyatda olan sığorta olunanların sayı 1,8 faiz artıb.
Oxu.Az xəbər verir ki, 2014-ci ilin I rübündə DSMF tərəfindən əlavə olaraq 48 451 sığorta olunana sosial sığorta nömrəsi verilib və onlar üçün fərdi şəxsi hesab açılıb. Nəticədə Azərbaycanda fərdi şəxsi hesaba malik sığorta olunanların sayı 2 739 808 nəfərə yüksəlib.
Cari ilin apreilin 1-nə olan məlumata əsasən, DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan sığorta olunanların 58,7 faizi kişi, 41,3 faizi isə qadındır.
Fərdi uçot sistemində qeydiyyatda olan sığorta olunanların 22,2 faizini 30 yaşa kimi vətəndaşlar, 24,2 faizini 30-40 yaş aralığında olan vətəndaşlar, 21,9 faizini 40-50 yaş aralığında olan vətəndaşlar, 21,2 faizini 50-60 yaş aralığında olan vətəndaşlar, 10,5 faizini 60 yaşdan yuxarı olan vətəndaşlar təşkil edir.
Gülnarə Zeynalova
www.oxu.az