Azərbaycanda yükdaşımaların qiyməti 2014-cü ilin yanvar ayı ilə müqayisədə fevral ayında 0,1% artıb.
Oxu.Az Novosti.az-a istinadən xəbər verir ki, bu haqda məlumatı Statistika üzrə Dövlət Komitəsindən veriblər.
Bununla yanaşı, MDB ölkələrinə dəniz yolu yükdaşımalarının tarifi 0,2%, boru kəmər transportirovkası üçün tarif isə 0,3% artıb.
Sərnişindaşımalarının qiyməti fevral ayında yanvar ayı ilə müqayisədə dəyişməz qalıb.
Hesabat ayında sərnişinlərin MDB ölkələrinə hava yolları ilə daşınması 5,3% azalıb, digər ölkələrə isə 3,8% artıb.
Dəmir yolu sərnişindaşıma tarifləri (MDB ölkələrinə) yanvar ayı ilə müqayisədə fevral ayında 18,7% artıb.