“Azəriqaz” İstehsalat Birliyi ölkə əhalisini dəm qazı ilə bağlı xəbərdarlıq edib.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, birliyin mətbuat xidmətinin rəhbəri Araz Ağayev bildirib ki, son dövrlər “Azəriqaz” İstehsalat Birliyində aparılan genişmiqyaslı işlər, həyata keçirilən texniki tədbirlər nəticəsində ölkənin qaz təchizatı sistemində texnoloji proseslər təkmilləşdirilib, istehlakçıların təbii qazla təminatı xeyli yaxşılaşıb:
“İlk növbədə, abonetlər qazdan istifadə qaydalarına uyğun olaraq üzərinə düşən vəzifələri yerinə yetirməlidirlər. Yəni hər bir abonet bir başa qazdan istifadəyə görə, özü-öz təhlükəsizliyinə cavabdehdir. Əslində, hər bir abonent qaz qruğularının texniki pasportlarında göstərilən şərtlərə uyğun olaraq təhlükəzisliyə riayyət etməlidir. Qazdan istifadə qaydalarına riayət etməklə abonentlər nəzərə almalıdırlar ki, hamam otaqlarında təbii qazla işləyən tutumlu və düzaxımlı su qızdırıcılarının təhlükəsiz istismarına xüsusi diqqət yetirilməlidir.
Tüstü bacaların təmizliyinə bir daha diqqət yetirilməli, təbii qazla işləyən su qızdırıcıları quraşdırılan hamam otaqlarının həcmi 7,5 kubmetrdən, hündürlüyü 2,5 metrdən az olmamalıdır. Hamam otağında bütün qaz xətləri və birləşmələr polad boru ilə gözə görünən, əl çatan yerdə çəkilməlidir. Qaz təsərrüfatında təhlükəsizlik qaydalarına uyğun olaraq, texniki norma və qaydalara müvafiq olmayan, yuxarıda qeyd edilən tələblərə zidd hallar, eləcə də hər hansı digər bir qüsur aşkarlanarsa, pozuntular “Azəriqaz”ın müvafiq qurumları tərəfindən sənədləşdirilir və mənzilə təbii qazın verilişi dayandırılır”.
O vurğulayıb ki, havaların soyuması ilə əlaqədar hər bir abonent qazdan istifadə ilə bağlı qoyulan tələblərə riayyət etməyi nəzərə almalıdır. Tələblərə riayyət olunmaqla, sabah abonentlər kəskin acı reallıqlarla üz-üzə qalmayacaqlar.