Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

"Azərkimya" İB-də aparılan auditin nəticələri açıqlandı
Dövlət Neft Şirkətinin (SOCAR) tərkibinə daxil olan "Azərkimya" İB-də aparılan auditin nəticələri açıqlanıb.
Oxu.Az xəbər verir ki, "Bureau Veritas Azeri" şirkətinin auditoru Cəlal Quliyevin sözlərinə görə, şirkət tərəfindən aparılan auditin nəticələrinə görə müəssisədə 118 nöqsan aşkarlanıb.
Onlardan 80-i tövsiyə xarakterli olub.
" 2015-ci ilin avqust ayından müəssisədə I və II tərəf audit keçirilib. Cari ilin yanvar ayında isə tenderin qalibi olan "Bureau Veritas Azeri" şirkəti tərəfindən III tərəf audit keçirilib. Aşkar olunan çatışmazlıqlarla bağlı verilən təklif və tövsiyələr müşahidə xarakterli olduğu üçün yerindəcə aradan qaldırılıb.
Nəticə etibarı ilə isə müəssisə İSO 9001 :2008 Keyfiyyətlə İdarəetmə Sistemi, İSO 14001:2004 Ətraf Mühitin Mühafizəsinin İdarəedilməsi Sistemi, OHSAS 18001:2007 Sağlamlıq və Təhlükəsizlik Texnikasının İdarəedilməsi Sisteminə keçidlə bağlı sertifikata layiq görülüb".
Qeyd edək ki, C. Quliyev tərəfindən hər üç idarəetmə sistemi üzrə sertifikatlar "Azərkimya" İB -yə təqdim edilib.
Ülviyyə R. Əli
www.oxu.az