ABŞ dövlət katibi Reks Tillerson Rusiyanın Niderland və Fransadakı seçkilərə müdaxilə etdiyini düşünür.
“Bəli, mən hesab edirəm ki, edib”, - Tillerson Senatdakı dinləmələr zamanı müvafiq suala cavabında bildirib.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, Tillerson həmçinin Rusiyanın NATO-nun zəif olmasında maraqlı olduğunu bildirib.
Rusiya tərəfi bundan əvvəl dəfələrlə ABŞ xüsusi xidmət orqanlarının Moskvanın ABŞ, Fransa və Almaniyada seçkilərə təsir etmək cəhdlərinə dair ittihamlarını rədd edib.
ABŞ, Fransa və Almaniyada seçkilərə müdaxilədən danışarkən, RF XİN rəhbəri Sergey Lavrov bunu sübut edən heç bir faktın olmadığını bildirib.
Daha öncə RF prezidenti Vladimir Putin ABŞ-ın bütün dünyada siyasi proseslərə müdaxilə etdiyini, amma Rusiyadan guya ABŞ-da keçirilən seçkilərə müdaxilə etdiyinə görə incidiyini bəyan etmişdi. O, həmçinin bu müdaxilənin Rusiya üçün heç bir məna kəsb etmədiyini də vurğulamışdı.
S.S.
www.oxu.az