İqtisadiyyat naziri Şahin Mustafayev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Qaxarianın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Oxu.Az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, Ş. Mustafayev yüksək səviyyəli qarşılıqlı səfərlərin əlaqələrin inkişafında xüsusi rolunu vurğulayıb.
Qeyd edilib ki, indiyədək ölkələrimiz arasında 50-yə yaxını iqtisadi sahədə olmaqla, 100-dən çox sənəd imzalanıb: “Azərbaycanda 280-ə yaxın Gürcüstan, bu ölkədə isə 200-dən çox Azərbaycan şirkəti qeydiyyatdan keçib. Gürcüstan tərəfindən Azərbaycan iqtisadiyyatına 72 mln. dollar, Azərbaycan tərəfindən isə Gürcüstan iqtisadiyyatına 3,4 mlrd. dollar investisiya yatırılıb. Gürcüstana yatırılan investisiyaların həcminə görə Azərbaycan bir neçə ildir ki, birinci yerdədir”.
L.Ə.