“Azerspace-1” peyki üzərindən yayımlanan “TRT Avaz”, “2x2”, “Semerkand”, “Cine5”, “TRT1”, “Samanyolu”, “TMB”, “Fox” kanallarının yayımı yaxın günlərdə dayandırılacaq.
Bu barədə Oxu.Az-a “Azərkosmos” ASC-dən məlumat verilib.
Eyni zamanda, bəzi kanalların yayım keyfiyyətinin artırılması məqsədi ilə yayım tezlikləri dəyişilib. Bununla əlaqədar olaraq, “THT”, “S Haber” 11134Mhz: S/R-27500:Pol – H tezliyində, “Inter Az” kanalı isə artıq 11169Mhz : S/R-27500 : Pol – H tezliyində yayımlanır.