“Azneft” İstehsalat Birliyinin strukturuna daxil olan “28 May” NQÇİ-nin baş mühəndisi Qabil Qəmbərov vəzifəsindən uzaqlaşdırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə AzVision.az-a “Azneft” İB-dən məlumat verilib.
Bildirilib ki, Q.Qəmbərov pensiya yaşına çatdığı üçün təqaüdə göndərilib.
Xatırladaq ki, 2015-ci ilin 4 dekabrında həmin idarəyə məxsus “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə qəza baş vermişdi. Qəza nəticəsində 30 işçi həlak olmuşdu.
U.A.
www.oxu.az