ABŞ prezidentinin müşaviri Kellien Konuey Ağ Evdə oval kabinetdə divanda oturuş tərzini şərh edib.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə “Washington Post” qəzeti yazır.
Daha öncə KİV prezident Donald Trampın iştirak etdiyi rəsmi tədbirdən yayılan şəkil müzakirələrə səbəb olub. Şəkildə Konuey divanda ayaqlarının qatlayaraq oturub. Bəzi tənqidçilər onu administrasiyaya hörmətsizlikdə ittiham ediblər.
Konuey bəyan edib ki, ondan mətbuat əməkdaşlarının olduğu otaqda şəkil çəkməsini istəyiblər.
“Məndən müəyyən bucaq altında şəkil çəkməyimi istədilər və mən məhz bunu etdim. Mən hörmətsizlik etmək istəmədim və divanın üstündə o tərzdə oturmaq da istəmirdim”, - Konuey bildirib.
“Mən qurban deyiləm, amma insanlar dedikləri sözlərin mənasını ciddi şəkildə anlamalıdırlar”, - o əlavə edib.
Qəzetdə həmçinin Konueyin həqiqətən otaqdakıların şəklini çəkdiyi foto da dərc edilib.
N.О.
www.oxu.az