Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) “Qafqaz İnkişaf Bankı” və “Atrabank” ASC-lərin kreditorlarının tələblərinin qəbulu prosesini başa çatdırıb.
Bankların ləğvedicisi olan Fonddan Oxu.Az-a verilən məlumata görə, bu bankların kreditorlarının tələblərinin qeydə alınmasına 27 avqust 2016-cı il tarixdən başlanılıb və 27 oktyabr 2016-cı il tarixində başa çatdırılıb.
Bu tarixdən sonra tələblərin qeydiyyatı ilə bağlı müraciət edən kreditorların tələbləri ləğvedici tərəfindən qeydə alınmayacaq.
Qeyd edək ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16.08.2016-cı il tarixli qərarları ilə “Qafqaz İnkişaf Bankı” və “Atrabank” müflis elan olunub və ADIF həmin tarixdən qeyd edilən bankın ləğvedicisi kimi fəaliyyətə başlayıb.
U.A.
www.oxu.az