2013-cü ilin dekabrında Rusiyanın şirkəti ilə Azərbaycana Bakı metropoliteninin üç qatarı üçün dördüncü nəsil “OKa” vaqonlarının tədarükü haqqında saziş imzalanacaq.
Oxu.Az 1news.az-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Bakı metropoliteninin rəhbəri Tağı Əhmədov bildirib.
Onun sözlərinə görə, vaqonların ölkəyə gələn ilin yanvar-fevral aylarında gətirilməsi, mayda işə xəttə buraxılması gözlənilir. Bu, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 91-ci ildönümünə həsr olunacaq.
“Yeni qatarlar metronun “bənövşəyi” xətti ilə hərəkət edəcəklər” – deyə, T.Əhmədov bildirib.