Bu ilin əvvəlindən Bakı şəhərində iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 9109,4 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,3 faiz çox vəsait yönəldilib.
Oxu.Az xəbər verir ki, ümumi sərmayənin 30,8 faizi dövlət, 69,2 faizi qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşüb. Əsas kapitala yönəldilmiş vəsaitlərin 71,2 faizi tikinti-quraşdırma işlərinə sərf edilib.
2017-ci ilin yanvar-avqust aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 71,2 faizini tikinti, yenidənqurma və genişləndirmə, 5,4 faizini əsaslı təmir, 3,4 faizini cari təmir, 20,0 faizini isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 88,3 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirib.
L.Ə.