Nazirlik tərəfindən təşkil olunan yarmarkalarda heç bir qiymət artımı yoxdur. Qoyun ətinin kiloqramı 6 manata, mal əti 5 manat – 5,5 manata, quş əti 2,5 – 2,8 manata, pomidor və xiyar 1 manat – 1,5 manata, nar və alma 1 manata, kartof 60-90 qəpiyə, soğan 60 qəpiyə, yumurta 5-7 qəpiyə təklif olunur.
Oxu.Az xəbər verir ki, bu sözləri Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev AzərTAc-a bildirib.
Onun sözlərinə görə, qiymətlər bazarlardakından 25-30% ucuzdur:
“Yarmarkalara rayonlardan 600 tona yaxın müxtəlif kənd təsərrüfatı məhsulları çıxarılıb. Qiymətlər bazarlardakından 25-30% ucuzdur. Məhsulların keyfiyyəti ciddi yoxlanılır, xüsusilə ət və süd məhsulları baytar müayinəsindən keçirilir”.
Qeyd edək ki, bu gün Bakının müxtəlif rayonlarında bu tip yarmarkalar həyata keçirilir.