ABŞ-ın Türkiyədə fəaliyyət göstərən şirkətlərinin Azərbaycana ticarət missiyası çərçivəsində noyabrın 25-də İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bakıda Azərbaycan-ABŞ biznes forumu keçiriləcək.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, AZPROMO-dan verilən məlumata görə, biznes foruma kimya sənayesi, energetika, əczacılıq, alternativ və bərpa olunan enerji sektorlarından 15-dən çox ABŞ iş adamının qatılacağı gözlənilir.