Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Dördüncü İqlim Həftəsi (CW4) tədbirinin rəsmi açılış mərasimi keçirilib.
Oxu.Az xəbər verir ki, açılış mərasimində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının İcraçı katibi Simon Stiell videoformatda, Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi nazirinin müavini, COP31 Sədrliyinin baş icraçı direktoru Fatma Varank, COP31 Sədrliyinin danışıqlar üzrə sədr müavini və icraçı direktorun müavini David Higgins, COP30 Sədrliyinin baş icraçı direktoru, İqlim Dəyişikliyi üzrə Milli katib Ana Toni, UNFCCC-nin Proqramların Koordinasiyası üzrə baş direktoru Daniele Violetti iştirak ediblər.
Tədbir çərçivəsində yüksəksəviyyəli çıxışlar dinlənilib, iqlim dəyişmələri ilə mübarizə, beynəlxalq əməkdaşlıq və iqlim gündəliyinin prioritet istiqamətlərindən bəhs olunub.
Tədbirin sonunda iştirakçıların birgə fotosu çəkilib.
Açılış mərasimi bədii hissə ilə davam edib.