Paytaxtın Nobel prospektində nəqliyyatın hərəkəti tamami ilə bərpa olub.
NİİM-dən Oxu.Az daxil olan məlumata görə, Nobel prospektində yerləşən AFFA-nın inzibati binasının yaxınlığında aparılan təmir işləri yekunlaşıb.
Bunla əlaqədar olaraq yolun bütün zolaqlarında nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.