Bakıda 9-cu Beynəlxalq Bankçılıq Forumu keçirilir. İki gün davam edəcək forum nağdsız iqtisadiyyat, rəqəmsal transformasiyada sıçrayış tendensiyaları, maliyyə texnologiyaları, rəqəmsal bank həlləri kimi məsələlərin müzakirəsi üçün geniş platformadır.
Oxu.Az xəbər verir ki, forumda "Sərhədsiz bankçılıq: Maliyyə məzənnəsini yenidən müəyyən edən qlobal qüvvələr", "Risklər və tənzimləyici təkamül", "Yerli banklar növbəti artım dalğasını necə formalaşdırır", "Etibarlı, təhlükəsiz və davamlı bank işi" mövzularında panel sessiyaları keçirilir.
İştirakçılar maliyyənin gələcək mənzərəsini araşdırır, maliyyə dayanıqlığını necə formalaşdıracaqlarını qiymətləndirir və səmərəli maliyyə ekosistemi qurmaq məsələlərini müzakirə edirlər.
Forumda dövlət qurumlarının, Mərkəzi Bankın, kommersiya banklarının, şirkətlərin, müəssisələrin, tanınmış beynəlxalq maliyyə təşkilatlarının nümayəndələri iştirak edirlər.
Forum bank-maliyyə sektorunun gələcəyini formalaşdıran innovativ həllərin araşdırıla biləcəyi əməkdaşlıq mühitində keçirilir.
Daha çox foto burada: PhotoStock.az