Bakı şəhərində, Nərimanov rayonunda, Ceyhun Hacıbəyli küçəsində 5 sot quru torpaq 2 milyon manata (2 550 045 ABŞ dollar) satışa çıxarılıb.
Oxu.Az xəbər verir ki, bu barədə elan Bina.Az saytında yerləşdirilib.
Məlumatda deyilir ki, ərazinin həqiqi sahəsi 5 sotdur və yola çıxışı var.
Qeyd edək ki, bir sot torpaq 10 metr uzunluğu və 10 metr eni olan torpaq sahəsi nəzərdə tutulur.
Hazırda ərazidə heç bir tikili yoxdur.
Elvin Əhmədov
www.oxu.az