Azərbaycanlı ekstrasens Nadim Əlixanov yerli şou-biznes nümayəndələrini 2014-cü ildə nələr gözləyəcəyi barədə danışıb.
Oxu.Az Publika.az-a istinadən xəbər verir ki, son zaman gündəmi zəbt edən Aygün- Natavan qalmaqalı barəsində danışan ekstrasens 2014-cü ildə barışma xəbəri eşidəcəyimiz barədə məlumat verdi:
“Natavan və Aygün barəsində çox danışmaq istəmirəm. 2014-cü ildə barışacaqlar. Amma yenə də aralarında qalmaqal, dava olacaq. Aygün Kazımovanın 2014-cü ildə düşmənləri çoxalacaq. Ən əsası, Aygün gələn il kasıblayacaq. Natavan Həbibidə isə mən uşaq görürəm. Evlənmək barəsində heç nə görməsəm də, uşaq görürəm. Yaxın vaxtlarda uşağı olacaq”.
Nadim Əlixanov Röyanın Türkiyə layihələri, ailəsi ilə bağlı gördüklərini danışdı:
“Röya nəsə edəcək, amma onun yeri Bakıdı. Türkiyədə uğur qazanacağını görmürəm. Onu biraz narahat görürəm. Ona ad verilmədiyi üçün acıqlı olduğunu hiss edirəm. Hələ ki, o ad almayacaq. Ona görə getmək istəyir. Röyada 2014-cü il üçün ikinci uşaq görmürəm. Ailəsində gərginlik yaranacaq. Ayrılma görmürəm”.
2014-cü ildə daha bir xalq artistini itirəcəyimiz haqqında danışan ekstrasens xalq artistləri Flora Kərimova və İlhamə Quliyeva münasibətlərindən danışdı:
“2014-cü ildə gündəmdə olan xalq artistini itirəcəyik, rəhmətə gedəcək. Qadın görürəm. 3 nəfər rəhmətə gedəcək, amma bir ad daha çox tanınmışdı. Qaldı ki, İlhamə Quliyeva və Flora Kərimova heç vaxt barışmayacaqlar. Mən barışıq görmürəm”.
Musa və Təranə cütlüyündə yeni bir partlayışın baş verəcəyini görən ekstrasens gənc müğənni Aysel Əlizadə və teleaparıcı Nanə Ağamalıyeva barəsində gördüklərini dilə gətirdi:
“Müğənni Aysel Əlizadənin kişi sponsorunun əsəbi olmasını görürəm. Onunla yola getsə daha yaxşı olar. Başqa pulu çox olan sponsor çıxsa qəbul etməsin. Uğur qazanacaq”.
“Teleaparıcı Nanə Ağamalıyeva pulu sevən xanımdı. Keçmiş günlərini yadından çıxarmasın”.