Oxu.Az xəbər verir ki, rəqqasə Fatimənin evində cadu tapılıb. Fala və caduya inanan rəqqasə özünü bəzi zamanlar çox pis hiss etdiyini, halının dəyişdiyini deyir.
“Evimdən cadu tapmışam. Uşaqlıq illərindən mənə, ailəmə cadu edirlər. Cadu olan kimi hiss edirəm. Halsızlaşıram, başım gicəllənir”.
“Mənə çox cadu edirlər. O qədər olub ki… Doğrudan da elə insanlar var ki, pis əməllərlə məşğul olurlar, özü də dayanmadan”.
“Cadu olanda dayana bilmirdim, başım gicəllənirdi. İndi belə hal baş verən kimi o dəqiqə bilirəm ki, nəsə problem var. Mənə cadu olunub.”
“Allah cəzalarını verəcək. Məni qoruyan dualar var. İnanın, mənə o dualar çox kömək edir”.
Aytən Sadıqzadə
www.oxu.az