“Azərbaycan Hava Yolları” QSC (AZAL) bu gün yeni aksiyaya start verdiyini elan edib.
Oxu.Az AZAL-dakı mənbəyə istinadən xəbər verir ki, Bakı-Kiyev/Kiyev-Bakı reysləri üçün xüsusi tariflər təyin edilib.
Bakı-Kiyev-Bakı uçuşunun qiyməti indi 309 avro, Bakı-Kiyev 219 avro, Kiyev-Bakı 289 avrodur.
Satış müddəti 15.01.2015 tarixindən 10.02.2015 tarixinə qədərdir. Uçuşların vaxtı 25.01.2015 tarixindən 15.03.2015 tarixinədəkdir. Yerlərin sayı məhdud ola bilər.
Biletlərin yenidən bronlaşdırılması və geri qaytarılması qadağandır.
Mil-balları cari tarif üzrə hesablanmır.
E.Ə.
www.oxu.az