Sabah Bakının bəzi ərazilərində içməli su məhdudiyyətlə veriləcək.
“Azərsu” ASC-dən Oxu.Az-a verilən məlumata görə, Bakı şəhəri Səbail rayonu 2-ci mədən ərazisində yol infrastrukturunun yenidən qurulması işləri çərçivəsində ərazidən keçən 500 mm diametrli magistral su xəttinin köçürülməsi ilə əlaqədar 15 yanvar 2015-ci il tarixdə gün ərzində Səbail rayonunun Bibiheybət və Şıx qəsəbələrinə, həmçinin 20-ci sahə yaşayış massivinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
E.Ə.
www.oxu.az