Azərbaycanın ilk outlet mərkəzlərindən olan “Baku Outlet Park” 2012-ci il fevral ayında Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ticarət mərkəzində fəaliyyətə başlayıb. Burada yerləşən mağazalarda siz yüzdən çox məşhur dünya brend və markalarına aid hər ölçüdə və zövqünüzə uyğun gündəlik, idman və mərasim geyimlərini, həmçinin aksesuar, kosmetika və digər növ məhsulları ən sərfəli qiymətlərlə əldə edə biləcəksiniz.
“Baku Outlet Park” sizə Massimo Dutti, LTB, Nike, Zara, North Face, H&M, Puma, Polo, Adidas, Mexx, Trussardi,Moschino, KENZO və digər keyfiyyətli və tanınmış dünya brendlərini təklif edir.
“Baku Outlet Park”da siz qeyd olunanlarla yanaşı, uşaq aləminə aid olan müxtəlif növ məhsulları - uşaq arabaları, çarpayıları və oyuncaqları, eyni zamanda, eviniz və bağınız üçün lazım olan digər məhsulları əldə edə bilərsiniz.
İl boyu öz müştərilərinə 80%-dək endirim təklif edən "Baku Outlet Park", həmçinin əlavə endirim aksiyaları və təşkil etdiyi əyləncəli mərasimləri ilə də fərqlənir.
Müştərilərinin rahatlığı “Baku Outlet Park” üçün ən önəmli şərtlərdəndir və bunu təmin etmək üçün hər cür lazımi şəraiti yaradıb. Bu məqsədlə ümumi sahəsi 15000 m² olan Outletdə 800 avtomobil üçün parklanma yeri təşkil edilib. "Baku Outlet Park" uşaqları da unutmayıb. Belə ki, "Baku Outlet Park"da fəaliyyət göstərən “Oppalar” uşaq əyləncə mərkəzi uşaqlarınızı əyləncəli atraksionlarla sevindirəcək.
Əgər siz də rahat, keyfiyyətli və sərfəli alış-veriş etmək, buna sərf etdiyiniz vaxtı ən yaxşı şəkildə dəyərləndirmək niyyətindəsinizsə, "Baku Outlet Park" sizin üçün ideal məkandır.