Bu ilin 7 ayında bankların depozit portfeli 0,3% artaraq, 16 465,6 mln. manat olub.
Oxu.Az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bunun 6 834,1 mln. manatını fiziki şəxslərin, 9 631,5 mln. manatını isə hüquqi şəxslərin depozitləri təşkil edib. Bu ilin əvvəlindən əhalinin əmanətləri 598 mln. manat azalıb.
Hesabat dövründə müştərilərə 12 392,9 mln. manat kredit verilib. Bu da bankların aktivlərinin 41,7%-i deməkdir.
Qeyd edək ki, cari ilin iyul ayında iyun ayı ilə müqayisədə müştərilərə verilən kreditlərin həcmində 1 mlrd. 69,2 mln. manat, ilin əvvəlindən isə 3 mlrd. 545,4 mln. manat azalma baş verib.
L.Ə.