Son həftələrdə bir neçə bank əhalidən əmanət qəbulunu dayandırıb.
Oxu.Az Marja-ya istinadən xəbər verir ki, həmin banklara yaxınlaşan müştərilər geri qaytarılır. Onlara “əmanət qəbulu texniki səbəblərə və bir sıra dəyişikliklərə görə mümkün deyil” cavabı verilir.
Əmanət qəbulunun dayandırılmasına Maliyyə Bazarlarına Nəzarət Palatasının göstəriş verə biləcəyi iddia edilir. Palatanın belə bir göstərişinin olub-olmadığını, yoxsa bankların özlərinin biznes qərarı olduğunu öyrənmək üçün Palataya soğru göndərilib.
L.Ə.