Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Beş kiçik dövlət müəssisəsi, iki istifadəsiz qeyri-yaşayış sahəsi özəlləşdirilib
Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən daşınmaz dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçirilib.
Komitədən Oxu.Az-a verilən məlumata görə, hərracda beş kiçik dövlət müəssisəsi, iki istifadəsiz qeyri-yaşayış sahəsi özəlləşdirilib. Hərracda Bakı şəhəri üzrə bir kiçik dövlət müəssisəsinə, bir istifadəsiz qeyri-yaşayış sahəsinə, respublikanın digər şəhər və rayonları üzrə dörd kiçik dövlət müəssisəsinə, bir istifadəsiz qeyri-yaşayış sahəsinə sifariş verilib.
Özəlləşdirilən əmlaklar tikinti, ticarət, təmir, səhiyyə sahəsinə aid olub. Həmin əmlaklar müvafiq olaraq Bakının Sabunçu rayonunda, Tovuz, Gəncə və Oğuzda yerləşir.
Hərraca çıxarılan bir sıra əmlaklar torpaq sahəsi ilə birgə özəlləşdirilib. Torpaq sahəsi ilə birgə özəlləşən əmlaklar, hərracda cəlbediciliyini yüksəltməklə daha çox investor marağını artırır. Belə obyektlərə Tovuzda yerləşən “Turan” kiçik dövlət müəssisəsini və Gəncədə olan Təsərrüfat hesablı Təmir Tikinti sahəsini nümunə kimi göstərmək olar. Qeyd edilməlidir ki, “Turan” kiçik dövlət müəssisəsinin torpaq sahəsi 1 306 kvadratmetr, ümumi faydalı sahəsi isə 298 kvadratmetrə yaxındır. Təsərrüfat hesablı Təmir Tikinti sahəsinin isə torpaq sahəsi 281 kvadratmetr, ümumi faydalı sahəsi 81 kvadratmetrə yaxındır. Özəlləşdirilən əmlakların sahəsi 80 kvadratmetr ilə 577 kvadratmetr arasında dəyişir.
Qeyd edilməlidir ki, daha az investisiya tələb edən əmlaklar da hərracda özəlləşdirilib. Bunlardan biri Gəncə şəhərində yerləşən, sahəsi 30 kvadratmetr olan qeyri-yaşayış sahəsidir.
Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac 20 iyunda keçiriləcəkdir. Hərraca ümumilikdə 193 dövlət əmlakı çıxarılıb. Bunlardan 25-i səhmdar cəmiyyət, 90-ı kiçik dövlət müəssisə və obyekti, 70-i istifadəsiz qeyri-yaşayış sahəsi və 8-i nəqliyyat vasitəsidir.
L.Ə.
"Bakı" teqi üzrə xəbərlər
- "Red Wings" aviaşirkəti Moskva və Bakı arasında müntəzəm uçuşları bərpa edir
- Bakıda zəcirvari qəza baş verdi: Bir maşın AŞDI
- Bakının hansı əraziləri fərdi yaşayış evi tikmək üçün əlverişlidir?
- Bakıda müğənninin qızı rəfiqələrinə qoşulub evdən qaçdı
- Tullantıdan elektrik enerjisinə gedən yol - Zavoddan FOTOREPORTAJ