OPEC iyun ayı üzrə “Neft bazarı hesabatı”nı açıqlayıb. Məlum olub ki, may ayında qurumun gündəlik neft hasilatı 336 min barel və ya 1,04% artaraq 32,14 mln. barel təşkil edib.
Oxu.az “Bloomberg” ə istinadən xəbər verir ki, qlobal neft təklifi mayda aylıq müqayisədə 130 min barel və ya 0,14% artaraq 95,74 mln. barel/gün olub.
2016-cı ilin müvafiq dövrü ilə müqayisədə neft təklifi gündəlik 1,48 mln. barel artım nümayiş etdirib. May ayında OPEC-in qlobal neft hasilatında xüsusi çəkisi 33,6% təşkil edib.
May ayında Liviyada gündəlik hasilat 178 min, Nigeriyada 174 min, İraqda isə 44 min barel artıb.
Bu arada OPEC mart ayı ilə müqayisədə 2017-ci ilin aprelində Azərbaycanın sutkalıq neft hasilatının 40 min barel artaraq orta hesabla 80 mln. barelə çatdığını irəli sürüb. Hesabatda o da qeyd edilir ki, bu il Azərbaycanda sutkalıq neft hasilatı ötən illə müqayisədə 60 min barel azalaraq orta hesabla 0,78 mln. barelə çatacaq.
L.Ə.