Dünyanın əsas kriptovalyutası sayılan bitkoinin qiyməti bahalaşmaqda davam edir.
Oxu.Az xəbər verir ki, bitkoinin bazar kapitalizasiyası 192,73 milyard dollara yaxınlaşıb.
Qeyd edək ki, kriptovalyutanın bazar dəyəri Yeni Zelandiya, Rumıniya, Əlcəzair kimi ölkələrin ÜDM-dən çoxdur. Hazırda dünya üzrə cəmi 49 ölkənin ÜDM bitkoinin bazar dəyərindən yüksəkdir.
***
10:39
Dünyanın əsas kriptovalyutası sayılan bitkoinin qiyməti bahalaşmaqda davam edir.
Oxu.Az xəbər verir ki, bitkoinin qiyməti 11 min 392 dollardır. Bu valyuta 2,7 faiz bahalaşıb.
Ethereumun məzənnəsi də hərəkətlidir. Bu kriptovalyutanın dəyəri 463,61 dollar təşkil edir. Bazar kapitalizasiyası 45,04 milyard dollardır.

L.Ə.