“British Petroleum” (BP) Meksika körfəzində neftin daşqını ilə əlaqədar 21 milyard dollar cərimə ödəyəcək.
Oxu.Az bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.
“Şirkət 2010-ci ildə Meksika körfəzində ekoloji vəziyyəti pozduğu üçün 21 milyard dollar cərimə ödəməlidir” - deyə, məhkəmənin qərarında deyilib.
Qeyd olunub ki, bununla BP Meksika tarixində ən böyük korporativ cəriməni ödəyəcək.
Ülviyyə R. Əli
www.oxu.az