“Bravo” hipermarketi, tamamilə yeni alış-veriş təcrübəsi, aprelin 6-da saat 08:00-da Əhmədli ərazisində qapılarını öz müştərilərinə açdı.
Olduqca geniş, 8000 kv.m-lik alış-veriş ərazisi, 40000 məhsul növü və 800 avtomobillik inanılmaz dərəcədə geniş dayanacağı ilə seçilən “Bravo” hipermarketi sevimli müştərilərinə bu dəfə alış-verişdə, sözün əsl mənasında, hiper imkanlar yaradır.
“Bravo” yerli və xarici, keyfiyyətli və təravətli ərzaq məhsulları ilə yanaşı, qeyri-ərzaq mallarının geniş çeşidini aşağı qiymətə təklif edir. Pərakəndə satış üzrə dünyaca məşhur brendlər hesab olunan İngiltərənin “Waitrose” və Fransanın “Casino” məhsullarının eksklüziv seçim imkanını da məhz “Bravo” hipermarketindən əldə etmək mümkündür.
Hipermarket formatı özü ilə başqa nə yeniliklər gətirdi:
- Genişləndirilmiş təravətli meyvə və tərəvəz məhsulları bölməsi
- Dondurulmuş məhsul çeşidlərinin artırılması
- Şərab və spirtli içkilərdə daha çox seçim imkanı
- Daha geniş çeşiddə məişət əşyaları
- Daha böyük ət, dəniz məhsulları, qastronomiya, un və qənnadı məhsulları bölmələri
- Yeni idman məhsulları bölməsi
- Daha böyük dəftərxana ləvazimatları və oyuncaq bölməsi
- Genişləndirilmiş çeşiddə kosmetika, şəxsi qulluq və gigiyena bölmələri
- Qadın, kişi və uşaqlar üçün əsas geyim çeşidləri
- Daha da zəngin körpə qidası və qulluq vasitələri seçimi
- Geniş çeşiddə tekstil məhsulları
- Tamamilə yeni bağ və bağçılıq məhsulları bölməsi
- Yeni kiçik mebel və mebel aksessuarları
- Böyük və kiçik məişət texnikası
- Tamamilə yeni elektrik və əl alətləri bölməsi
Onu da qeyd edək ki, hipermarket həftənin 7 günü, səhər saat 8-dən gecə saat 12-dək fəaliyyət göstərir və “Əhmədli” metro stansiyası ilə “Bravo” hipermarketi arasında xüsusi müasir avtobus reysləri həyata keçirilir.
Odur ki, yeni “Bravo” hipermarketində alış-veriş etməkdən xüsusi zövq almağa tələsin!
BRAVO hipermarketi artıq Əhmədlidə!
“Bravo” hipermarketi
Bakı, Əhmədli qəsəbəsi
(keçmiş Radio Zavod)
Bazar ertəsi – Bazar / 08:00 – 00:00
Bizi sosial media hesablarımızda izləyin və son məlumatlardan xəbərdar olun.
U.A.
www.oxu.az