ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 1,12 dollar və ya 2,27% artaraq 49,25 dollar olub.
Oxu.Az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında oktyabrın 5-də keçirilən elektron ticarət əməliyyatlarının son gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,72 dollar və ya 1,56% bahalaşaraq 46,26 dollar təşkil edib.
Ülviyyə R. Əli
www.oxu.az