Bu gün Astara magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq.
Bu barədə “Azəriqaz” İB-dən Oxu.Az-a bildirilib.
İyunun 29-da saat 10:00-dan 18:00-a qədər “Qaz İxrac” İdarəsinin Astara magistral qaz kəmərləri sahəsinin “Rvo” qazpaylama stansiyasında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
Təmir müddətində aparılan işlərin Lənkəran rayonun Narbağı, Şağlakücə, Darquba, Qurunda, Dərəbur, Talışlı kəndləri, Lerik rayonun Tiran, Hamarmeşə, Zəriküməco kəndlərinin qaz təchizatına təsir göstərməsi mümkündür.
Ülviyyə R. Əli
www.oxu.az