Ənənəvi sənaye sahələrindən olan xalçaçılığın inkişafı məqsədilə “Azərxalça” ASC tərəfindən 10 rayonda xalça sexlərinin tikintisinə başlanılıb və artıq Füzuli rayonunun Horadiz qəsəbəsində 1 xalça emalatxanası fəaliyyətə başlayıb, daha 9 rayonda isə tikinti işləri 2017-ci il ərzində başa çatdırılacaqdır.
Oxu.Az gununsesi.info-ya istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyində keçirilən kollegiya iclasında bildirilib.
Verilən məlumata əsasən, bu emalatxanalar hesabına ölkədə əlavə olaraq 1600 yeni iş yeri yaradılacaq. Bundan başqa, ASC tərəfindən bu il əyirici-boyaq müəssisəsinin tikintisinə başlanılacaq.
Xalçaçılıq sahəsində əsas xammallardan olacaq yunun tədarükü, emalı və ixcracı məqsədilə artıq araşdırmalara başlanılıb. Bu sahədə xarici təcrübə öyrəniləcək və tətbiq olunacaq.
A.M.