Asiyanın logistika operatoru olan “e-Shang Redwood” şirkəti Azərbaycan Dövlət Neft Fondunun (SOFAZ) Yaponiyadakı mal deposunun inşası layihəsindən əldə etdiyi gəlirləri 100 mln. ABŞ dollarına çatdırıb.
Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə şirkət özü məlumat yayıb.
Məlumata görə, bir ay öncə Çinin “GF International Investment Management Ltd.”, “Huarong International”, “China Everbright Ltd.” və “CMBC International” şirkətləri “e-Shang Redwood”a 300 mln. ABŞ dolları həcmində investisiya yatırıb.
Şirkət həmçinin “National Australia Bank”dan “Cambridge Industrial Trust”ın və investisiya şirkəti olan “Oxley Group”un səhmlərinin 80%-ni alıb.
Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov isə deyib ki, bu investisiya Fondun strategiyasına uyğundur: “Yaponiyada daşınmaz əmlak sahəsinin inkişaf etməsini Osaka və Tokio kimi şəhərlərdə e-kommersiya sənayesinə tələbatın artması bir daha sübut edir ki, bu strategiya bizim mövcud daşınmaz əmlak portfelimizə tam uyğundur”.
U.A.
www.oxu.az