“Expressbank” geniş əhatə dairəsinə malik olan “Contact” təcili pulköçürmə sistemini təklif edir. Bu köçürmə sistemi müştərilərə 410 mindən artıq xidmət nöqtəsində sərfəli tariflər əsasında qısa zamanda xaricə pul göndərib, pul almaq imkanı verir.
“Contact” sistemi müasir tələblərə uyğun proqram təminatı platformasına malikdir. Nağd köçürmələrlə bərabər, bu sistem vasitəsilə fiziki şəxslərin Rusiya, ABŞ, Kanada, İsrail, Vyetnam, Türkiyə, BƏƏ, CAR, Hindistan, Tailand, Sinqapur, Yeni Zelandiya və Avropa ölkələrinin banklarında açılmış bank hesablarına da köçürmə etmək mümkündür.
Sistem həmçinin “MasterCard”, VİSA, “UnionPay” beynəlxalq ödəniş sistemlərinin kart hesablarına pulköçürmələri həyata keçirir. “Contact” sistemi üzrə köçürmə komissiyası ölkədən və məbləğdən asılı olaraq, 1-3% təşkil edir. Köçürmə 3 valyutada - rubl, ABŞ dolları və avro ilə aparıla bilər.
Ümumiyyətlə, “Expressbank”la təcili pulköçürmələri xidmətləri çox sərfəlidir. Belə ki, sərfəli tariflər, yüksək xidmət və əməliyyatların operativliyindən əlavə, “Expressbank”ın müştəriləri pul göndərərkən və ya pul alarkən “Pul Kart” vasitəsilə qazanırlar.
“Pul Kart” müştərilərə pulsuz hədiyyə edilir və hər təcili pul köçürməsi zamanı məbləğdən asılı olaraq müştərinin kartına pul şəklində bonuslar hesablanır. Müştərilər nəinki bu vəsaiti ATM-lər vasitəsi ilə nağdlaşdırır, hətta öz vəsaitlərini də “Pul Kart”a yerləşdirə bilirlər.
“Expressbank”ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS-terminal və 500-dən artıq “ExpressPay” ödəniş terminalı vardır.
Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya Bankın rəsmi “Facebook” səhifəsinə www.facebook.com/Expressbank daxil olaraq əldə edə bilərsiniz.
U.A.
www.oxu.az