İyun ayı ərzində daşınmaz əmlakın icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası və sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 9,4 mindən çox sığorta müqaviləsi bağlanıb.
Oxu.Az xəbər verir ki, İcbari Sığorta Bürosundan verilən məlumata görə, 2014-cü ilin iyun ayında daşınmaz əmlakın icbari sığortası üzrə 8 968, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 295, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 154 sığorta müqaviləsi bağlanıb.
“Daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği 2 113 905 manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 24,180 manat, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 19,788 manat təşkil edib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 23,29% azalma, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası müqavilələrinin sayında 0,68% artım müşahidə edilib.
Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 74,53%-i yaşayış evləri və mənzillər, 0,57%-i inzibati binalar, 24,9%-i digər daşınmaz əmlakla bağlı olub”, - məlumatda deyilir.
Gülnarə Zeynalova
www.oxu.az