Almaniyanın ən böyük maliyyə qurumu “Deutsche Bank” Böyük Britaniyadakı hesablarından 350 milyard dollar çıxara bilər.
Oxu.Az lenta.ru-ya istinadən xəbər verir ki, proses 2018-ci ilin sentyabrında başlaya və 2019-cu ilin martında başa çata bilər. Bank aktivlərinin bir hissəsini, o cümlədən yüzlərlə əməkdaşını və 20 min müştəri hesabını Frankfurta köçürəcək.
Qeyd edək ki, bankın belə bir addım atmasına səbəb “Brexit”dir.
L.Ə.