Maliyyə Nazirliyinin məlumatlarına əsasən Yanvar-avqust aylarında dövlət büdcəsinə 12,4 milyard manat həcmində vəsait daxil olub.
Oxu.Az Maliyyə Nazirliyinin məlumatlarına əsasən xəbər verir ki, bu vaxt ərzində büdcədən 11,5 milyard manat vəsait xərclənib.
“938,4 milyon manat məbləğində və ya ümumi daxili məhsulun 2,4 faizi qədər profisit yaranmışdır.
Büdcə xərclərinin 5,0 milyard manatı və ya 43,9 faizi iqtisadiyyatın inkişafına, 1,3 milyard manatı (11,1 faizi) təhsilə və səhiyyəyə, 1,3 milyard manatı (11,2 faizi) əhalinin sosial müdafiəsi və sosial təminatına yönəldilib”, - məlumatda deyilib.
Gülnarə Zeynalova
www.oxu.az