Bakı şəhərində keçiriləcək Formula-1 Azərbaycan Qran-Prisi yarışları ilə bağlı ölkəmizə gələn turistlərə, yarış iştirakçılarına yüksək səviyyədə bank xidmətlərinin göstərilməsi məqsədi ilə, istirahət günləri olan 24-25 iyun tarixlərində “Azər Türk Bank”ın 28 may küçəsi, 64/75 ünvanda yerləşən “Bakı” filialı müştərilərə tam iş günü ərzində xidmət göstərəcəkdir.
Dövlət səhmli bank – “Azər Türk Bank”ın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.azerturkbank.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.