Dünya Bankının (DB) Cənubi Qafqaz üzrə regional direktoru Henri Kerali iyulun 1-2-də Bakıya səfər edəcək.
Oxu.Az xəbər verir ki, bunu Trend-ə DB-nin Bakı ofisindən deyiblər.
Ofisdən bildiriblər ki, səfər çərçivəsində bankın tərəfdaşları ilə görüşlər planlaşdırılıb. Görüşlərdə ölkədə layihələrin reallaşdırılmasının gedişi müzakirə ediləcək.
H.Kerali hökumət rəsmiləri ilə görüşündə əməkdaşlığın perspektivlərini müzakirə edəcək.