İsrailin təhlükəsizlik kabineti İordaniya ilə sərhəd boyunca səddin tikilməsi barədə qərarı təsdiq edib.
Oxu.Az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisinin bəyanatında deyilir.
İsrailin “Qaareç” qəzetinin verdiyi məlumata əsasən, səddin 30 km-lik ilk hissəsi İsrailin cənubunda Eylat şəhəri və Timna dərəsi arasında yerləşəcək. Nəşrin məlumatına görə, Baş nazirin ofisi səddin tikintisi üçün nəzərdə tutulan məbləği (525 min dollar) artıq ayırıb.
Məlumat verilir ki, yeni sədd İsrailin Misir və Suriya ilə sərhədində artıq tikilmiş sədlərin eynisi olacaq. Ölkənin güc strukturları bu layihəni mövcud regionda təhlükəsizliyin artırılması zərurəti ilə izah edirlər.