Cari ilin iyun ayında Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 144793,65 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 4531,73 min manat, yaxud 3,23% çoxdur.
Oxu.Az Report-a istinadən xəbər verir ki, hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 20909,76 min manat, yaxud 53,12% artaraq 60270,79 min manat olub.
Həmçinin ƏDV üzrə daxilolmaların həcmi 17028,66 min manat, yaxud 18,36% azalaraq 75699,98 min manat, aksizlər 150,71 min manat, yaxud 2,37% azalaraq 6220,71 min manat, yol vergisi üzrə daxilolmalar isə 801,33 min manat və ya 44,50% artaraq 2602,17 min manat təşkil edib.