2011-ci ildə premium-klass mənzillər bazarında araşdırma aparan “Penny Lane Realty” konsaltinq şirkəti dünyanın istənilən ölkəsində premium binaların tikintisində 5 əsas standartın nəzərə alındığı qeyd edib. Bunlar yerləşmə, ekologiya, infrastruktura çıxış imkanı, tikinti texnologiyası, binanı inşa edən şirkətin cəmiyyətdəki nüfuzudur. Azərbaycanda premium-klass seqmentində etalon hesab edilən “Renessans Palace” Yaşayış Kompleksinin inşasında sözügedən standartlara nə dərəcədə əməl edilməsi, müştərilərə verilən güzəştlər, keyfiyyət standartları ilə bağlı “Renessans Palace” Premium Yaşayış Kompleksinin satış meneceri Qürbət Salmanovla söhbətləşdik:
– “Renessans Palace” premium səviyyəli yaşayış kompleksidir. Bu kompleks hansı xüsusiyyətlərinə görə premium sinfinə aid edilib?
– Tikintidə seqmentlər var. Hansı ki, buraya ekonom, biznes və yeni ara seqment olaraq komfort plus, delux və premium aiddir. Hər bir seqmentin öz xüsusiyyətləri və standartları mövcuddur. Düzdür, dünyada tikinti standartlarını tənzimləyən bir qurum yoxdur. Lakin qəbul edilən standartlar var. Məsələn, ekonom binaların standartı olmur. “Biznes”dən başlayaraq standartlar tətbiq edilir. Premium-klass binaların əsas və ara standartları var. Əsas standarta binanın xüsusi görünüşə sahib olması, həyətyanı sahəsinin minimum 50 faizdən az olmaması, avtomobil dayanacağının böyüklüyü, hər mənzilə orta hesabla 1,5 parkinq yerinin düşməsi aiddir.
“Renessans Palace”də inşa edilən üçmərtəbəli yeraltı parkinqdən həm kompleksin sakinləri, həm də qonaqlar istifadə edə biləcəklər. Bundan başqa, “Renessans Palace”da “avtomobilsiz həyət” konsepsiyasının tətbiqilə 1,5 ha sahəsi olan nəhəng park sakinlərin sərəncamına veriləcək.

Qəbul edilən beynəlxalq standartlardan biri də premium səviyyəli yaşayış binalarında tavanın hündürlüyünün 3,20 metr təşkil etməsidir. “Renessans Palace”da mənzillərin hündürlüyü 3,45 metrdir. Eləcə də, yaşayış kompleksində hər mərtəbədə 4 mənzil yerləşir. Bu da premium seqmentinin əsas standartlarından biridir.
– Premium-klass binaların əsas özəllikləri yerləşdiyi ərazidir. “Renessans Palace”da bu balans necə qorunub?
– Premium-klass binalarda ərazi böyük əhəmiyyət daşıyır. Əvvəllər premium-klass binalar şəhərin mərkəzində inşa edilirdisə, urbanizasiya genişləndikcə, daha sakit ərazilərə üstünlük verilməyə başlandı. Bir vacib məqam var: premium-klass binalar metrostansiyalara yaxın ərazilərdə inşa edilmir. Çünki bu binaların sakinləri metro istifadəçiləri olmurlar. Onlara daha rahat, nəqliyyatın sıx olmadığı və şəhərə yaxın ərazi lazım olur. “Renessans Palace” YK bu tələbə tam cavab verir. Yaşayış Kompleksi heç bir əsas yol qovşağının yaxınlığında yerləşmir. “Renessans Palace”ın yerləşdiyi Zahid Xəlilov və Əhməd Cəmil küçələri nəqliyyatın hərəkətinin ölü olduğu küçələrdir. Nə Hüseyn Cavidin yanındadır, nə Mətbuat prospektinin, nə də Haqverdiyevin. Bununla belə, hər üç istiqamətə 30 saniyəyə getmək mümkündür. Ərazidə şəhərə bir neçə çıxış yolu var. Bu da nisbətən sərbəst hərəkət etməyə və tıxacdan yayınmağa imkan verir.

– “Renessans Palace”ın tikinti prosesində müasir tikinti materiallarından nə dərəcədə istifadə edilib?
– Biz 2014-cü ildə “Renessans Palace”ın inşasına başlayanda Azərbaycanda premium səviyyəli yaşayış kompleksləri barmaqla sayılacaq qədər idi. Düzdür, həmin binalar keyfiyyətli inşa olunurdu, lakin premiuma xas standartlarda əskiklik var idi. “Renessans Palace” sektorda keyfiyyət etalonuna çevrildi. Məsələn, bu seqmentdə ilk dəfə “Renessans Palace” yaşayış kompleksinin fasadı qranitlə döşəndi. İstər binanın xarici, istərsə də daxili fasadı mərmərlə örtülüb. Neoklassik memarlıq üslubunda inşa edilən binada daş aqlaylardan da istifadə edilib. Bundan əlavə, çöl divarları 35 sm qalınlığa malik termoizolyasiyalı beton bloklarla hörülüb. Termoizolyasiya qatı sayəsində bu bloklar ən aşağı temperatur keçirmə qabiliyyətinə malikdir. Termoizolyasiyalı beton bloklar enerjiyə 40 faiz qənaət imkanı verir. O cümlədən, yayda mənzilin sərin, qışda isə isti qalmasını təmin edir. "Renessans Palace"ın hər blokunda 3 “Mitsubishi” markalı lift quraşdırılıb.
Ən nəhayət, “Renessans Palace” Azərbaycanda az sayda layihələrdəndir ki, svay sistemi ilə inşa olunub. Nəticədə kompleks 9 bal zəlzələyə tam dayanıqlıdır.

– Alıcı niyə rəqibləri deyil, sizi seçməlidir?
– Əgər bir insan premium-klass binada yaşamaq istəyirsə, şəhərin mərkəzində böyük həyətyanı sahəyə sahib olmaq istəyirsə, məsafə qət etmədən bütün kommersiya strukturlarına əlçatanlığını təmin etmək istəyirsə, “Renessans Palace”ı seçməlidir. Yaşayış Kompleksində xarici brendə məxsus fitnes spa, supermarket, klinika, aptek, uşaqlar üçün əyləncə mərkəsi, pub və sair kommersiya obyektləri fəliyyət göstərəcək. Yəni vətəndaş mənzilini 4 divar kimi deyil, rahatlıq, status kimi görmək istəyirsə, bu, hələlik Bakıda yalnız “Renessans Palace” ilə mümkündür. Mənzillərdə insolyasiya səviyyəsinə önəm verilib. Binalar elə inşa edilib ki, hər otaq gün ərzində minimum 3 saat, hər mənzilin ən azı bir otağı isə minimum 6 saat günəş işığı ilə təmin ediləcək. Mənzillərə 4 kameralı izosistem pəncərələr quraşdırılıb. Bundan əlavə, alıcılara sərbəst planlama imkanı yaradılıb. “Renessans Palace” elə layihələndirilib ki, mənzillərdə daşıyıcı divar və sütunlar, demək olar ki, azdır. Bu yöndə əsas yük mərtəbələrin dəhlizinə düşüb. Binada mərkəzi istilik sistemi quraşdırılacaq, ən əsası, su daimi olacaq.

– Konkret olaraq, alıcılar yaşayacaqları binada nəyi görmək istəyirlər?
– Bir müştəri premium-klassa yaxınlaşırsa, deməli, artıq onun mənzili var. Təbii ki, onların öz istəkləri olur. Bu istəklər Bakıda inşa edilən yaşayış komplekslərindəki çatışmayan cəhətdir – daxili parkdır. “Renessans Palace”da sahəsi 1,5 ha olan daxili park mövcuddur. Hansı ki, həmin əraziyə avtomobil daxil olmayacaq. Parkda velisoped zolaqları, velo-parkinq, uşaqlar üçün oyun meydançaları, voleybol, basketbol meydançası, söhbətgahlar, yaşıllıq və oturacaqlar mövcud olacaq. Heç bir kommersiya obyektinin həyətə çıxışı yoxdur. Həmçinin akses kontrol sistem quraşdırılıb. Uşaq valideynsiz ərazini tərk edə, yaxud yad şəxs həyətə daxil ola bilməz.
– Premium-klass binaların fərqləndirici xüsusiyyəti təhlükəsizlikdir. Yaşayış kompleksində təhlükəsizlik necə təmin edilib?
– Bakıda premium, delux layihələr var ki, onların inşası bu standartlara uyğun aparılıb. Lakin idarəetmələri premium və ya delux olmayıb. Əsas sakinlərə göstərilən xidmətdir. Bunun başında da təhlükəsizlik dayanır. İstər həyətyanı sahənin, istər parkinqin təhlükəsizliyi, istərsə də binanın. 24 saat videomüşahidə sistemi quraşdırılıb. Oyun meydançalarında belə kameralar quraşdırılacaq. Valideynlər uşaqlarını izləyə biləcəklər.

– Qiymət siyasəti necə qurulub, hansı ödəmə imkanları yaradılıb?
– “Renessans Palace” satışa başladığı zamandan müştərilərə sərfəli təkliflər təqdim edib. Hazırda da “Premium mənziliniz olsun” adlı kampaniyaya başlamışıq. Kampaniya noyabrın 30-na qədər davam edəcək. Bu müddətdə müştərilər 20 faiz ilkin ödəniş etməklə, premium-klass binada mənzilə sahib ola biləcəklər. Şirkət iki il müddətində müştərilərə sərbəst ödəmə imkanı yaradır.

– Bəzi hallarda premium sinfinə aid olmayan, biznes və komfort+ sinifinə aid olan mənzillər premium kimi təqdim edilir. Alıcılar aldanmamaq üçün nəyə fikir verməlidirlər?
– Bəzən şirkətlər şəhərin mərkəzində inşa etdikləri binanın görünüşünə arxayınlaşıb, premium kimi təqdim edirlər. Lakin hər gözəl və şəhərin mərkəzində yerləşən bina premium standartına şamil edilə bilməz. Premium standartlarının ən azı 70-80 faizinə əməl edilməlidir. Müştərilər premium mənzil alarkən araşdırma aparmalıdırlar. Hazırda Azərbaycanda bu sahədə etalon “Renessans Palace”dır. Müştərilər “Renessans Palace” ilə müqayisə apararaq, aldıqları mənzilin premium olub-olmadığını müəyyən edə bilərlər.
Leyla Əliyeva
Foto: Ehtiram Jabi