Nəzəri olaraq “Halal” standarta uyğun ət Ermənistanda istehsal edilə bilər.
Oxu.Az xəbər verir ki, bu barədə Novosti Armenii- NEWS.am müxbirinə “Halal” standartlaşdırma və sertifikatlaşdırma üzrə Avroasiya İslam mərkəzinin nümayəndəsi Adessalam Rxazza deyib.
Onun sözlərinə görə, əgər Ermənistan qida sənayesində HACCP standartları tətbiq etməyi məqsəd qoyubsa, o, məhz “Halal” standartı ilə texniki cəhətdən eynidir.
“Əlbəttə, ki, məlum prosedur detalları var, amma əgər biz texniki detallardan danışırıqsa, onlar HACCP detallarından seçilmir”, - Rxazza qeyd edib.
Bununla yanaşı o, əlavə edib ki, hər bir ölkənin xüsusi tələbləri var, amma onlar əsasən üst-üstə düşür.
Rxazza əlavə edib ki, əsas məsələ - müstəqil ekspert şirkətləri ilə işləməkdir, çünki müsəlman idxal ölkələri, sertifikatlaşdırma təşkilatları istehsalçıdan maliyyə motivasiyası olmasına diqqət yetirirlər.
Qeyd edək ki, “Halal” ət məhsulları Ermənistanda hələ ki istehal edilmir.
Respublikada iki: Cuninsk vilaytində və Kotaayskda – ölkənin mərkəzində “halal” qəssabxana fəaliyyət göstərir. Onların hər ikisi əsasən İrana ət ixracı ilə məşğuldurlar.