Beynəlxalq kredit reytinqi agentliyi “Fitch Ratings” qlobal iqtisadiyyat üçün artım proqnozlarını yüksəldib.
Oxu.Az Marja-ya istinadən xəbər verir ki, “Fitch” inkişaf etməkdə olan iqtisadiyyatlarda, xüsusilə Çindəki inkişafın qlobal ümumi daxili məhsulu (ÜDM) daha çox artıracağını qeyd edib.
2017-ci il üçün qlobal ÜDM-in artımı proqnozunu 2,9%-dən 3,0%-ə, 2018-ci il proqnozunu isə 3,1%-dən 3,2%-ə yüksəldib.
“Fitch”in baş iqtisadçısı Brayan Coulton inkişaf etməkdə olan bazarın tələbindəki artımın dünya ticarətində 2010-dan bu yana görülən ən sürətli artıma səbəb olduğunu qeyd edib.
L.Ə.