Azərbaycanda yaxın iki ildə yoxsul səviyyədə yaşayan pensiyaçı olmayacaq.
Oxu.Az xəbər verir ki, bunu SalamNews-a Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov bildirib.
O deyib ki, bu gün ölkədə gəlirlərin həcminə görə pensiyaçılarımızın 97 faizi yoxsuluq səviyyəsindən çıxıb:
“Hesab edirəm ki, pensiyaların məbləğinin artım sürətinin davam etdirilməsi yaxın iki ildə pensiyaçılarımızın dövlətdən aldıqları vəsaitin yoxsulluq həddinin üzərində olmasına imkan verəcək.”
Xatırladaq ki, hazırda Azərbaycanda 1 milyon 272 min 566 pensiyaçı var.