Bakıya gül göndərən yerli və xarici gül firmalarının 80 faizi bu aksiyada pulsuz iştirak edir.
Oxu.az xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov deyib.
Onun sözlərinə görə, xaricdən gələn güllər həmin şirkətlərin öz hesabına gəlir və nümayiş etdirilir.
“Gül bayramı üçün Azərbaycanın sarı mətbuatında yazılan pulların heç yüzdə biri xərclənməyib. Sadəcə, həmin adamlar özlərini sarı mətbuatda göstərmək istəyirlər. Bu güllərdə Heydər Əliyevin sevgisi və məhəbbəti yaşayır”.
Qeyd edək ki,Hacıbala Abutalıbov bildirib ki, bu gün Bakıda keçirilən Gül bayramı ilə əlaqədar Azərbaycana dünyanın müxtəlif ölkələrindən 6 milyona yaxın gül gətirilib.
Paytaxt merinin sözlərinə görə, Gül bayramı ilə əlaqədar ölkəyə hətta Afrikadan da güllər gətirilib.
Elvin Əhmədov
www.oxu.az